2024-cü ilin yekun nəticələrinə görə, “144A təbii fəlakət istiqrazı” bazarının tutumu 45 milyard dolları ötüb. Hesabat dövründə sığorta ilə əlaqəli qiymətli kağızlar (ILS – Insurance-Linked Security) seqmentinin ümumi tutumu isə 107 milyard dollarla rekord həddə çatıb.
Siqortaci.az xəbər verir ki, AM Best-in ILS üzrə direktoru Matt Tuite bildirir ki, təbii fəlakət istiqrazlarında qeydə alınmış yüksək gəlirlilik investorların digər ILS növlərinə də marağını artıracaq.
QEYD: Mətndəki “144A” ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) 144A Qaydasına istinad edir. 144A Qaydası, müəyyən qiymətli kağızların qeydiyyatdan keçmədən SEC tərəfindən ixtisaslı institusional investorlara satılmasına imkan verən tənzimləmədir. Bu kontekstdə “144A təbii fəlakət istiqrazı” yalnız ixtisaslı institusional investorlara (iri investisiya fondları, sığorta şirkətləri və pensiya fondlarına) təklif olunan və xüsusi bazarda ticarət edilən təbii fəlakət istiqrazıdır.