Sığorta dələduzluqları 80 milyard dollara çatır

03 sentyabr 2025 19:21

Qlobal sığorta sənayesi 2025-ci ildə dələduzluq (fraud) hallarına görə 80 milyard dollar zərər görəcək.

Siqortaci.az xəbər verir ki, "CoinLaw"-ın “Sığorta Dələduzluğu Statistikası - 2025” hesabatına görə, sektor üzrə şübhəli sığorta ödənişləri 2-10% arasında dəyişir.

Qlobal miqyasda saxta qəzalar və şişirdilmiş iddialarla bağlı fırıldaq hallarının sayı illik müqayisədə 22%, avto-sığorta fırıldaqları isə 19% artıb.

Ən böyük itkilər həm də həyat sığortasındadır. Belə ki, dünya üzrə bu sahədəki itkilərin illik 75 milyard dollara çatdığı bildirilir.