Sığorta CEO-ları süni zəkaya fürsət kimi baxır

07 aprel 2025 12:50
IBM şirkəti sığortaçılar arasında apardığı sorğuya əsasən “Sığorta Sektorunda Generativ Süni İntellekt” adlı hesabatını açıqlayıb. Dünya sığorta CEO-larının 51%-i generativ süni zəkaya (GenAI) fürsət, 49%-i isə risk kimi baxır.
 
Siqortaci.az xəbər verir ki, CEO-ların 77%-i rəqibləri ilə ayaqlaşa bilmək üçün GenAI-ni sürətlə mənimsəməli olduqlarını bildirib.
 
Qeyd edim ki, sorğuda dünyanın 1000-dən çox sığorta CEO-su və bancassurance idarəçiləri iştirak ediblər.