“GlobalData” süni intellektin (AI) dünya sığorta sənayesində tətbiqinə problem yaradan amilləri müəyyən edən sorğu keçirib.
Siqortaci.az xəbər verir ki, "Verdict Media" platformalarında 120-dən çox sığortaçı respondentin cavablar belə olub:
24,4% - Sığorta şirkətlərində süni intellekt istiqamətində təcrübəli kadrlar yox səviyyəsindədir;
21,3% - Müştərilər süni intellekti zəif başa düşürlər;
17,3% - Süni intellekt geniş istifadəyə hazır deyil;
13.4% - Müştərilər süni intellektə etibar etmirlər.
“GlobalData” tövsiyə edir ki, sığorta şirkətləri AI inteqrasiyası məqsədilə tələb olunan təcrübəni inkişaf etdirmək üçün istedadların cəlb olunmasına və işçilərinin təliminə üstünlük verməlidirlər.