"PwC" və "The London Foundation for Banking and Finance" (CSFI) tərəfindən “Insurance Banana Skins 2025” hesabatı hazırlanıb.
Siqortaci.az xəbər verir ki, 42 ölkədən 698 yüksək səviyyəli sektor mütəxəssisinin fikirlərinə əsaslanan hesabat qlobal sığorta sənayesi üçün aktual olan əsas riskləri müəyyənləşdirib.
QLOBAL MİQYASDA 5 ƏSAS RİSK:
1. Kibercinayətkarlıq – Artıq “baş verərmi?” sualından çox, “nə vaxt baş verəcək?” sualı gündəmdədir.
2. Süni intellekt (AI) – Eyni zamanda həm fürsət, həm də təhdid hesab olunur. Yanlış idarəedildiyi halda etik, hüquqi və əməliyyat böhranlarına səbəb ola bilir.
3. Texnologiya – Modernləşmə xərcləri yüksəkdir, bir çox şirkət “gözlə və gör” strategiyasına üstünlük verir.
4. Makroiqtisadiyyat – İnflyasiya, faiz dərəcələrində qeyri-müəyyənlik və ticarət müharibələri riskləri artırır. İqtisadi şəraitin sığorta sektoruna mənfi təsir riski son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
5. İqlim dəyişikliyi – Artıq “gələcəyin riski” deyil, “bu günün problemi” kimi qiymətləndirilir.