"Bain&Company"-nin hesabatına görə, qlobal sığorta sənayesi 2030-cu ilə qədər bütün fəaliyyət sahələri üzrə artan müdafiə boşluqları ilə üz-üzə qalacaq.
Siqortaci.az xəbər verir ki, hesabata görə, 2030-cu ilə qədər:
》Təbii fəlakətlərdən yaranacaq itkilərin yalnız 25%-33%-ə qədəri sığorta ilə əhatə olunmuş olacaq;
》Xüsusilə gənc nəslin marağının azalması nəticəsində həyat sığortasının penetrasiyası 50%-dən aşağı düşəcək;
》Kiber risklərin yaradacağı zərər 6 il ərzində 250 milyard dollara çatacaq və sığortaçılar bu təhlükənin öhdəsindən təkbaşına gələ bilməyəcək.