Beynəlxalq maliyyə təşkilatı olan "EY" tərəfindən hazırlanmış "Qlobal Sığorta Panoraması - 2026" araşdırmasına görə, dünyada makroiqtisadi və geosiyasi qeyri-müəyyənliklərin artdığı bir şəraitdə sığorta şirkətlərinin böyümə və gəlirliliyi davam etdirməsi üçün ənənəvi yanaşmalardan kənara çıxması zəruridir.
Siqortaci.az xəbər verir ki, araşdırmada sığorta şirkətlərinin 2026-cı il və sonrakı dövrdə uğur qazanması üçün beş əsas istiqamət vurğulanıb:
1. Böyümə strategiyalarının yenidən müəyyənləşdirilməsi;
2. Süni intellekt vasitəsilə uzunmüddətli dəyərin yaradılmasına fokuslanmaq;
3. Qeyri-müəyyən və dəyişkən bazar şəraitinə hazır olmaq;
4. Özəl kapital ilə strateji əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
5. İşçi qüvvəsinin və korporativ mədəniyyətin transformasiyası.