Qlobal sığorta bazarları üçün 2025 proqnozları

08 aprel 2025 12:33
Beynəlxalq maliyyə institutu olan "EY" şirkəti "2025 Global Insurance Outlook" hesabatını yayımladı.
 
Siqortaci.az hesabatda yer alan əsas məqamları təqdim edir:
 
》Qlobal miqyasda kiberhücumlardan itkilərin 99%-i, təbii fəlakətlərdən isə itkilərin 60%-i sığortasızdır.
》Qlobal parametrik sığorta bazarının 2031-ci ilə qədər 29,3 milyard dollara çatacağı gözlənilir.
》2025-2026-cı illərdə qlobal həyat və qeyri həyat sığorta bazarlarının mürəkkəb illik artım sürəti (CAGR) inkişaf etmiş bazarlarda müvafiq olaraq 2% - 2%, inkişaf etməkdə olan bazarlarda isə müvafiq olaraq 5.8% - 4.2% həcmində proqnozlaşdırılır.