Qlobal sığorta bazarı üçün əsas prioritetlər açıqlandı - İQLİM RİSKLƏRİ

27 yanvar 2021 13:45

Beynəlxalq Anderraytinq Assosiasiyası (IUA), 2021-ci il üçün fəaliyyət planını təsdiqləyib.

"Siqortaci.az" xəbər verir ki, plana əsasən iqlim riskləri sığorta bazarı üçün əsas prioritet olaraq müəyyəan edilib. Təşkilat, eyni zamanda, pandemiya dövründə telekomunikasiya üzərində qurulmuş fəaliyyətin sığortaçıları hansı şəkildə dəstəklədiyinə dair strateji icmalın təfərrüatlarını da açıqlayıb.

Fəaliyyət planına görə, üzv praktiklərdən ibarət İqlim Risk Komitəsi sənayenin nəzarət sistemi inkişaf etdiyi müddətcə tənzimləyicilərlə birgə işləyəcək.

Eyni zamanda, sığortaçılar dünyanın yaşıl iqtisadiyyatının böyüməsini dəstəkləməyə əhəmiyyətli dərəcədə təsir göstərə bilər və IUA bu istiqamətdə aktiv rol oynamaqda maraqlıdır.

IUA-nın strateji hədəfləri, 2021-ci ildə Assosiasiyanın yüksək səviyyəli sığortaçıları ilə müsahibələr apardıqdan sonra yenidən qiymətləndirildi.

2021-ci il üçün iş planında Assosiasiyanın texniki anderraytinq məsələləri və xüsusi sahələrdəki tələblərlə bağlı bir sıra təşəbbüsləri var. Bura vəkillərin və müstəqil maliyyə məsləhətçilərinin peşə məsuliyyətinin sığortası daxildir.