Qlobal iqtisadi itkilərdə sığortalı zərərin həcmi 17% artıb

29 yanvar 2025 18:26

“Swiss Re” 2024-cü ildə dünyada baş verən təbii fəlakət itkiləri ilə bağlı hesabat yayımlayıb.

Siqortaci.az xəbər verir ki, təbii fəlakətlərin dünya miqyasında 310 milyard dollar iqtisadi itkiyə səbəb olduğu bildirilir.

Bu da 2023-cü illə müqayisədə 6% çoxdur. Ümumi itkilərdə sığortalanmış zərərin həcmi isə əvvəlki illə müqayisədə 17% artaraq 135 milyard dollara çatıb.

"Swiss Re" qeyd edir ki, sığortalanmış zərər ardıcıl 5-ci ildir ki, 100 milyard dolları ötür.