Qazaxıstanda daşınmaz əmlaklar icbari sığortalanacaq

08 may 2025 15:42
Qazaxıstan, ölkədəki hər bir evin təbii fəlakətlərdən sığortalanmasını təmin etmək üçün “Daşınmaz əmlakın icbari sığortası” xidmətini tətbiq etməyə hazırlaşır.
 
Siqortaci.az xəbər verir ki, icbari əmlak sığortası üzrə hüquqi infrastrukturun hazırlanması və 2026-cı ildə qüvvəyə minməsi planlaşdırılır.
 
Yeni qaydanın tətbiqinə səbəb olan zəruri amillər:
 
》Qazaxıstan ərazisinin 75%-i təbii fəlakət (xüsusilə zəlzələ) riski altındadır;
》Ölkənin yüksək təbii fəlakət riski altında olan ərazilərində könüllü əmlak sğortasının penetrasiyası 3.2%-dən yuxarı deyil;
》Mövcud könüllü əmlak sığortasının təminat əhatəsi geniş deyil və bu könüllü məhsul tarif siyasəti baxımından vətəndaşlar üçün əlçatan deyil.