Siqortaci.az dünya mediasına istinadən hazırladığı kiçik araşdırmanı təqdim edir:
》"Liberty Mutual" şirkətinin məlumatına görə, qadınlar dünya sığorta sənayesində müştəri xidmətlərinin 96%-ni, satış menecerlərinin 68%-ni təşkil edir. Sığorta şirkəti və agentlik rəhbəri vəzifələrində çalışanların isə yalnız 31%-i qadınlardır.
》"McKinsey & Company"-nin məlumatına görə, rəhbər heyətində qadınların çoxluq təşkil etdiyi sığorta şirkətləri daha yüksək gəlirlilik əldə edir.
》"United States Department of Labor"-un məlumatına görə, sığorta şirkətlərində ön cəbhədə çalışan qadınların 64%-i kişi həmkarlar ilə eyni işi görsələr də, müqayisədə onlardan daha az maaş alırlar.
》90% qadın sığorta şirkəti rəhbəri bildirir ki, öz həmkarları və əməkdaşlarından layiq olduğu etibarı alır. Ön cəbhədə çalışan qadınların 70%-nin işi isə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.