Özəl Pensiya Sistemində Türkiyə paradiqması: Fond böyüklüyü 1 trilyonu ötdü

21 fevral 2025 18:36

Türkiyədə Özəl Pensiya Sisteminə (BES) könüllü qoşulanların sayı 2024-cü ildə 9.8% artaraq 9 milyon 526 min nəfəri ötüb.

Siqortaci.az xəbər verir ki, bununla da Özəl Pensiya Sisteminin fond həcmi 60,3% artaraq 1.002 trilyon lirəyə (46.7 milyard AZN) çatıb.

Hesabat dövründə Özəl Pensiya Sistemi fonduna dövlət dəstəyi də 76,8% artaraq 137,5 milyard lirə olub. Bundan əlavə, 2024-cü il üçün İstehlak Qiymətləri İndeksində (Consumer Price Index - CPI) illik artım tempi 44,38% olduğu halda, Özəl Pensiya Sistemi fondlarının orta çəkili gəlirliliyi 48,76% olub.