Orta və Şərqi Avropanın sığorta bazarı 4.3% kiçilib

09 iyun 2021 17:25

17 sığorta bazarını birləşdirən Orta və Şərqi Avropa ərazisində 2020-ci ildə ümumi sığorta yığımları 2019-cu illə müqayisədə 4.27% azalaraq 37.45 milyard avro təşkil edib.

“Siqortaci.az” dünya mediasına istinadən xəbər verir ki, azalmaqda davam edən sığorta tələbləri nəticəsində qeyd olunan dövr üzrə sığorta ödənişləri də 8.2% azalaraq 21.74 milyard avroya qədər enib.

Bu kiçilməyə sərtləşdirilmiş karantin şərtlərinin, xüsusilə də səyahət məhdudiyyətlərinin səbəb olduğu bildirilir.

Ən böyük kiçilmənin müşahidə edildiyi Polşanın sığorta bazarında həmin dövr ərzində qeydə alınmış 8.3%-lik geriləmə region üzrə ümumi azalmanın 36.7%-ni təşkil edir.

Buna baxmayaraq Kosovo, Latviya, Litva, Çernoqoriya və Serbiya kimi bəzi bazarların sığorta yığımlarında müsbət dəyişikliklər müşahidə edilib.