Britaniya bankı HSBC və “Etiqa” sığorta şirkəti 700 milyon dollarla AXA-nın Sinqapur biznesinin alıcıları sırasına daxil olub.
“Siqortaci.az” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Bildirilir ki, hələn ötən il AXA Sinqapurdakı biznesini satışa çıxaracağı ilə bağlı məlumat yaymışdı.
Məlumatda o da bildirilir ki, satınalmada iştirak etmək üçün məcburi müraciətlərin verilmə tarixinə bir neçə həftə qalıb. İştirakçılar arasında bir Çin şirkəti də var.
AXA-nın Sinqapur nümayəndəliyi həyat, əmlak və icbari fərdi qəza sığortası təklif edirdi və 2019-cu ildə filialın xalis gəliri 615 milyon avro olub.
Qeyd edək ki, “Siqortaci.az” 2021-ci ildə dünya sığorta bazarında satınalmaların və birləşmələrin baş verəcəyi ilə bağlı proqnoz yayımlamışdı. Eyni zamanda “Siqortaci.az”-ın ötən həftə yaydığı məlumata görə, AXA-nın Yunanıstan nümayəndəliyi də 165 milyon avroya satılıb.
Onu da əlavə edək ki, 2021-ci ilin 5 yanvar tarixində yayımlanan rəsmi məlumata görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə AXA-nın Azərbaycan nümayəndəliyinin lisenziyası ləğv edilib.