Meksikadakı zəlzələdən sığortaçıların zərəri 200 milyon dolları, ümumi iqtisadi ziyan isə 900 milyon dolları keçə bilər.
“Siqortaci.az” dünya sığorta analitiklərinin açıqlamalarına istinadən xəbər verir ki, Meksikanın Akapulko şəhəri yaxınlığında baş verən zəlzələnin təxminən 200 milyon dollar sığortalı zərər gətirəcəyi hesablanıb.
Zəlzələnin ciddi struktur ziyanı haqqında geniş məlumat verilməsə də, yaşayış binaları və hotellərdə divarların uçması halı qeydə alınıb. Xüsusilə Mexiko şəhərində zərərin növbəti günlərdə də artacağı ehtimal olunur. Belə ki, zəlzələ ziyanının artmaqda davam etməsinə səbəb olan başlıca amil, şəhərin keçmiş göl yatağında yerləşməsidir.