İşəgötürənlərin məsuliyyət sığortası bazarı böyüyür - 45 milyard dollar

18 oktyabr 2025 14:57
Artan məhkəmə xərcləri işəgötürənlərin sığortaya olan tələbini artırır.
 
Siqortaci.az dünya mediasına istinadən xəbər verir ki, qlobal "İşəgötürənlərin məsuliyyət sığortası" bazarının qarşıdakı illərdə sabit artım tempi ilə böyüyəcəyi proqnozlaşdırılır.
 
"The Business Research Company"-nin hesabatına görə, bazar həcminin 2024-cü ildə qeydə alınan 31,5 milyard dollardan 2025-ci ildə 33,9 milyard dollara yüksələcəyi və ehtimal olunan orta illik artım nisbətinin (CAGR) 7,6% olacağı gözlənilir.
 
Sözügedən bazarın 2029-cu ilə qədər 44,8 milyard dollara çatacağı və bu dövrdə 7.2%-lik orta illik artım tempi ilə böyüyəcəyi proqnozlaşdırılır.
 
Hesabata görə, 2024-cü ildə bu bazara Şimali Amerika liderlik edirdisə, qarşıdakı dövrdə ən sürətli artımın Asiya-Sakit okean regionunda müşahidə olunacağı gözlənilir.