“Insurance Europe”un prezidentinin səlahiyyətləri daha 3 il uzadıldı

09 iyun 2021 11:03

Federasiya Baş Assambleyasının nümayəndələri Andreas Brandştetterin prezidentlik səlaiyyətlərinin daha 3 il uzadılmasına yekdilliklə səs verib.

"Siqortaci.az" xəbər verir ki, bu barədə dünya mediası məlumat yayıb.

“Mənə etimad göstərilərək səlahiyyət müddətimin uzadılmasına çox sevindim. Növbəti mərhələdə gündəmimiz çox zəngindir. Belə ki, sığortaçıların töhfə verə biləcəkləri iqlim dəyişikliyi, rəqəmsallaşma və “Solvency II” ilə bağlı qanunvericiliklərin formalaşdırlması əsas istiqamətlərimiz olacaq. Eyni zamanda fəlakət, təqaüd və kiber-risklərin sığortası, bununla yanaşı, rəqəmsal dövrdə müştəri məlumatları bazasının yenidən formalaşdırlması bizim üçün başlıca prioritetdir.”, - deyə A.Brandştetter bildirib.

Qeyd edək ki, o, həm də “UNIQA Insurance Group”un sədri və baş icraçı direktorudur.