İcbari avtomobil sığortasında böhran davam edir

09 dekabr 2019 02:23

Rusiyanın Avtomobil Sığortaçıları Birliyi yeni bəyanatla çıxış edib.

“Siqortaci.Az” xəbər verir ki, mövcud qanunvericiliyə icbari avtomobil sığortası üzrə həyat və sağlamlığa dəymiş zərərə limit ödənişlə bağlı dəyişiklik bazarda birmənalı qarşılanmayıb. Bu limit ödənişin 2 milyon rubla qədər qaldırılması ilə bazar iştirakçıları icbari avtomobil sığortası üzrə ümumi tariflərin 15% qaldırılmasını gözləyir.

Rusiyada icbari avto sığorta üzrə 10 aylıq nəticələrə nəzər salsaq bazar iştirakçılarının tələb və iradlarına haq vermək olar. Belə ki, Rusiya Avtomobil Sığortaçıları Birliyinin 9 aylıq hesabatına görə Federasiya ərazisində bütün növ nəqliyyat vasitələri üzrə  yığılan haqlar 5,2% azalaraq 5413 rubl təşkil edib. Eyni dövrdə fiziki şəxslərin minik avtomobilləri üçün orta sığorta haqları isə 3.8% azalıb.