GlobalData-nın məlumatlarına görə, Hindistanın həyat sığortası bazarı ehtimal olunan illik ortalama 9,6%-lik böyümə ilə 2029-cu ildə 170 milyard dollara qədər böyüyəcək.
Siqortaci.az xəbər veir ki, bu böyümənin tənzimləyici dəstək vasitəsilə sürətlənəcəyi bildirilir. Belə ki, xarici investisiya limitinin 74%-dən 100%-ə qaldırılması və həyat ilə sağlamlıq sığortalarına tətbiq edilən xidmət vergisinin 18%-dən 12%-ə endirilməsi planı, həm əlçatanlığı, həm də investor marağını artıracaq.
Qeyd edim ki, 2024-cü ildə Hindistanda həyat sığortası bazarının həcmi 110,2 milyard dollar idi. 2025-ci ildə isə bunun 9,9% artımla 120,5 milyard dollara çatacağı gözlənilir.