Hidrogen bazarında artım: Sığorta tələbinin yüksələcəyi gözlənilir

16 avqust 2025 19:15

Yaşıl transformasiyanın əsas enerji mənbələrindən olan hidrogenə maraq dünyada sürətlə artır.

Siqortaci.az xəbər verir ki, "Allianz Commercial"-ın məlumatına görə, hidrogen layihələrinə dair sığorta bazarının həcminin 2030-cu ilə qədər 3 milyard dolları aşacağı proqnozlaşdırılır.

Hazırda 60-dan çox ölkə hidrogen strategiyasını təsdiqləyib. Qlobal miqyasda planlaşdırılan layihələrin sayı 2021-ci ildəki 200-dən 1.500-ə və daha yuxarı qalxaraq 600%-lik artım nümayiş etdirib. "Hydrogen Council & McKinsey"-in hesablamalarına görə, 2030-cu ilə qədər bu sahəyə 680 milyard dollarlıq investisiya yatırılacaq.

Avropa, 617 layihə və elan olunmuş 199 milyard dollarlıq sərmayə ilə hidrogen sahəsində lider mövqeyini qoruyur.