Gürcüstanın sığorta bazarında cari ilin ilk altı ayı mənfəətin azalması ilə başa çatıb.
“Siqortaci.az” xəbər verir ki, 2021-ci ilin birinci yarısında sığorta şirkətlərinin illik ümumi mənfəəti 3,6 milyon dollar (-39,3%) azalaraq 5,6 milyon dollara düşüb.
Qonşu ölkənin sığorta yığımları da müvafiq dövr ərzində 28,7 milyon dollardan 26,7 milyon dollara enib. Bununla paralel olaraq, sığorta ödənişləri isə 121 milyon dollardan 144,3 milyon dollara yüksəlib.
Gürcüstanda fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi aktivləri 332,6 milyon dollar, ümumi kapitalları isə 89,6 milyon dollar təşkil edib.