Gənclər sığorta haqqında nə düşünürlər? - Insurance Europe açıqladı

06 iyul 2025 17:43

Insurance Europe “Gənclər sığorta haqqında nə düşünürlər?” mövzusunda sorğu keçirib.

Siqortaci.az xəbər verir ki, sorğuya əsasən, Avropalı gənclərin:

》57%-i sığortalanma prosesinin çətin olduğunu düşünür və hesab edirlər ki, sığortalanmaq daha sadə və rəqəmsal olmalıdır.

》82%-i daha geniş təminat əhatəsi üçün daha çox sığorta haqqı ödəməyə hazır olduğunu deyir.

》82%-i sığorta ilə bağlı məlumatlı qərarlar verə bilmək üçün məktəbdə kifayət qədər maliyyə təhsili almadıqlarını düşünür.

》73%-i hesab edir ki, sığortaya yatırılan hətta kiçik investisiyalar da faydalıdır.

》79%-i qarşısıalınma tədbirlərinin təşviqində sığortaçıların daha aktiv olmağını istəyir.

》60%-i sığorta sahəsində işləmək istəmədiklərini bildirir.