Qlobal ev heyvanları sığortası bazarı baytarlıq xidmətlərinin bahalaşması, ev heyvanı sahibliyi tendensiyasının artması və daha geniş əhatəli sığorta məhsullarına artan tələbin təsiri fonunda böyüməkdə davam edir.
Beynəlxalq "Credence Research" təşkilatının məlumatlarına görə, bazarın 2032-ci ilə qədər illik orta hesabla 11,41% artım göstərərək 27 milyard dollar həcminə çatacağı proqnozlaşdırılır.
Regional bölgüyə görə, qlobal ev heyvanları sığortası bazarın 52%-i Şimali Amerikanın, 31%-i Avropanın, 11%-i Asiya-Sakit okean regionunun, 4%-i Latın Amerikasının, 2%-i isə Yaxın Şərq və Afrika regionunun payına düşür.