Elon Musk’ın sığorta həmləsi - "Tesla Insurance"

01 mart 2025 18:44

"Tesla" avtomobil sənayesindəki innovativ yanaşmasını sığorta sahəsində də aktivləşdirməyə başlayıb.

Siqortaci.az xəbər verir ki, 2019-cu ildən "Markel Insurance Group"-un törəmə şirkəti olan "State National" ilə ortaq fəaliyyət göstərən "Tesla Insurance" indi prosesləri özü idarə etməyə və müstəqil şəkildə sığorta şəhadətnamələri buraxmağa başlayıb. "Tesla Insurance", şirkətin şaquli inteqrasiya strategiyasına əsasən, tariflərə birdəfəlik olmaqla 3% endirim tətbiq edərək bazarı ələ almaqda iddialıdır.

Proqnozlara görə, bu addım "Tesla"-nın sığorta biznesini uzunmüddətli perspektivdə daha gəlirli edəcək və bu, qlobal avtonəqliyyat sığortası bazarında yeni dövrün başlanğıcı ola bilər.