Dünyanın ən məsuliyyətli sığorta şirkəti seçildi

19 yanvar 2021 10:56

Fransa nəhəngi AXA dünya sığorta şirkətləri arasında ən məsuliyyətli 2-ci sığorta şirkəti seçildi.

"Siqortaci.az" xəbər verir ki, "Dow Jones" indeksinin dəyərləndirməsinə görə, AXA 129 şirkət arasında 2020-ci ilin ən məsuliyyətli 2-ci şirkəti seçilib. 

Qeyd edək ki, AXA ənənəvi olaraq hər il şirkətlərin iqtisadi, ictimai və sosial dəyərləndirməsini aparan DJSI-a 2007-ci ildən qoşulub və müvafiq dəyərləndirmədə şirkət 5 xal irəliləyərək dünyanın ən intizamlı 2-ci sığorta şirkəti seçilib.