Dünya sığorta CEO-ları arasında sorğu: Süni zəka məhsuldarlığı artırır

06 mart 2025 18:49

"PwC" 2025-ci il üçün "Qlobal CEO Sorğusu" keçirib. Dünya sığorta sənayesindəki CEO-ların 54%-i bildirib ki, generativ süni intellektdən (GenAI) istifadə işçilərin məhsuldarlığını artırır.

Siqortaci.az xəbər verir ki, sığorta CEO-larının 27%-i isə GenAI sayəsində gəlirlərinin artmaqda olduğunu bildirib.

Süni zəkanın yaxın 12 ayda gəlirliliyə müsbət töhfə verəcəyini düşünənlər isə 49% təşkil edib.