Bu hadisə "sığorta fəlakəti" elan edildi

15 mart 2025 18:58

Avstraliya Sığorta Şurası (ICA) 28 fevraldan etibarən davam edən Alfred siklonundan və sonrakı fırtınalardan zərər görən cənub-şərq Kvinslend və şimaldakı ərazilər üçün “sığorta fəlakəti” elan edib.

Siqortaci.az xəbər verir ki, siklonun zəifləməsinə baxmayaraq, ərazidə elektrik kəsintiləri, güclü yağışlar, daşqınlar və dağıntılar davam edir.

Rəsmi məlumata görə, sığortalı zərərlərlə bağlı bu günədək sığorta şirkətlərinə 3000-ə yaxın sığorta iddiası daxil olub.