2020-ci ilin 26-29 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan XVII Beynəlxalq Karpat Sığorta Konfransı Lvov şəhərində baş tutacaq.
“Siqortaci.Az” xəbər verir ki, ənənəvi olaraq hər ilin əvvəlində keçirilən konfransın bu dəfəki təşkilatçısı "Perspektiv" Biznes Strategiyaları Mərkəzidir.
Konfransda “Ukraynanın maliyyə sektorunun 2025-ci ilə qədər inkişaf strategiyası”, “Sığorta işinin normativ aktlarla tənzimlənməsi sahəsində qanunvericilik sahəsində dəyişikliklər”, “Sığortaçıların şərtləri, vəziyyəti və perspektivləri”, “2019-cu ildə sığorta bazarının əsas göstəricilərinin və dinamikasının təhlili” və “2020-ci il üçün makroiqtisadi proqnozlar, biznes üçün mümkün risklər və bazarda davranışın optimal ssenariləri” başlıqlı mövzular müzakirə olunacaq.