“AXA” Yunanıstan bazarından gedir – 165 milyona satıldı

07 yanvar 2021 14:16

Fransa nəhəngi “AXA” Yunanıstandakı nümayəndəliyini İtaliya sığortaçısı “Generali”yə 165 milyon avroya satıb.

“Siqortaci.az” xəbər verir ki, iki tərəf arasında imzalanan müqaviləyə görə, AXA Yunanıstanda həyat, əmlak və bədbəxt hadisələrdən sığorta xidmətləri göstərən nümayındəliyini satır. Bildirilir ki, bu, “AXA” Qrupunun qlobal sığorta əməliyyatlarını optimallaşdırmaq istiqamətindəki strategiyasına uyğundur.

Satınalma əməliyyatlarının 2021-ci ilin ikinci yarısına qədər tamamlanacağı gözlənirlir.

“Generali International” şirkətinin CEO'su Jaime Melgarejo mediaya açıqlamasında bildirib ki, bu satınalma şirkətin Avropadakı liderliyini gücləndirmək istiqamətində 2021-ci il üçün tərtib etdiyi konsepsiyaya adekvatdır.

Yunanıstanda “AXA” nümayəndəliyinə sahib olmaq və “Alpha Bank” ilə uzunmüddətli perspektivdə əməkdaşlıq qurmaq “Generali”-nin risk sığortası istiqamətində dünya üzrə ikinci, Yunanıstanın tibbi sığorta bazarında isə üçüncü ən böyük şirkət olmasına şərait yaradacaq.

Qeyd edək ki, 2019-cu ildə “AXA”-nın Yunanıstan nümayındəliyinin təmin etdiyi ümumi sığorta haqqı 168 milyon avro civarında idi. Şirkət, məhsullarını əsasən “Alpha Bank” və 600-dən çox agentdən ibarət şəbəkə vasitəsilə satırdır.