Qlobal sığorta nəhəngi olan AXA törəmə şirkətlərinin satışını davam etdirir.
“Siqortaci.az” dünya mediasına istinadən xəbər verir ki, AXA-nın “AXA Gulf”-dakı 50% və “AXA Cooperative Insurance Company”-dəki 34% payının 264 milyon dollara satılması prosesi tamamlanıb.
Məlumata görə, AXA-nın “AXA Green Crescent”-dəki 28% payının 5 milyon dollara satılması ilə bağlı da razılıq əldə olunub və satışın yaxın vaxtlarda həyata keçiriləcəyi gözlənilir.
Yuxarıda qeyd olunan satınalmalar “HSBC Insurance (Asia-Pacific) Holdings” ilə “AXA Insurance Pte (AXA Singapore)” şirkətləri arasında əldə olunmuş razılığa əsasən həyata keçirilir.
AXA-nın şirkətləri satışa çıxarması 2021-ci maliyyə ili üçün konsolidasiya edilmiş maliyyə nəticələrində xalis gəlirin 160 milyon avro azalması ilə bağlı olduğu təxmin edilir. Lakin AXA-nın Asiya və Afrika CEO'su Gordon Watson mediaya açıqlamasında bu satışların "AXA-nın quruluşunu sadələşdirmək" yolunda atılan bir addım olduğunu deyib.