Annuitet sığortasından istifadə edən pensiyaçılar bu yeni fondda pullarını dəyərləndirə biləcəklər.
“Siqortaci.Az” xəbər verir ki, Türkiyənin “Anadolu Hayat Emeklilik” şirkəti annuitet sığortası – fərdi təqaüd istifadəçiləri üçün yeni “FonMatik ROBO” xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə, fond mütəxəssisi olmayanlar da, özəl pensiya fondlarındakı əmanətlərindən bir investor kimi istifadə edə biləcəklər.
Pensiyaçılar fond bazarlarındakı son tendensiyalardan xəbərdar olmasalar belə “FonMatik ROBO” sayəsində istiqamət alacaqlar. Bu xidmət, fond bazarında baş verən dəyişikliklərə görə onların adından vəsait bölgüsü aparmaqla yanaşı, həm də fond gəlirləri ilə bağlı özəl pensiya istifadəçisinə məlumatlar da göndərəcək.