Araşdırmalara görə, universitet məzunu olan və aktuariliyə yeni başlayanların orta illik maaşı Fransada 68 min dollar, Almaniyada 118 min dollardır.
Siqortaci.az xəbər verir ki, 10-15 illik təcrübəyə malik aktuarilərin orta illik maaşı Almaniyada 146 min dolları ötür və komanda rəhbəri vəzifələri üçün bu məbləğ iki, hətta üç dəfə yüksəkdir.
ABŞ-də isə aktuariliyə yeni başlayanların orta illik əməkhaqqısı 116 min, 15 ildən çox təcrübəsi olanların isə 198 min dolları ötür.