"Fitch Ratings", ABŞ-də Əlçatan Qulluq Aktı (Affordable Care Act) çərçivəsində səhiyyə sığortası haqlarına verilən dövlət subsidiyalarının 2025-ci ildə başa çatması, səhiyyə xərclərinin yüksək olması və digər amillər səbəbilə ABŞ-nin tibbi sığorta bazarının 2026-cı il üzrə proqnozunu "neqativ" qiymətləndirib.
Siqortaci.az xəbər verir ki, "Fitch"-in fikrincə, ölkə üzrə səhiyyə xidmətlərindən istifadə səviyyəsinin artmaqda davam etməsi — insanların daha intensiv və daha bahalı tibbi xidmətlər alması — sığorta şirkətlərinin gəlirlilik göstəricilərinin azalmasına da səbəb ola bilər.