"Allianz Commercial" hər il açıqladığı Risk Barometrinin 2026-cı il üzrə proqnoz buraxılışını yayımlayıb.
Siqortaci.az xəbər verir ki, bu ilki buraxılış 97 ölkə və regiondan 23 müxtəlif sektoru təmsil edən 3338 risk mütəxəssisinin iştirakı ilə hazırlanıb.
● 2026-cı ilin qlobal 10 riski:
》Kiber-hadisələr – 42%
》Süni intellekt – 32%
》İş fəaliyyətinin dayanması – 29%
》Qanunvericilik və tənzimləyici dəyişikliklər – 26%
》Təbii fəlakətlər – 21%
》İqlim dəyişikliyi – 19%
》Siyasi risklər və zorakılıq – 15%
》Makroiqtisadi dəyişikliklər – 14%
》Yanğın və partlayış – 13%
》Bazar inkişafları – 13%