"Swiss Re" İnstitutunun məlumatına əsasən, 2025-ci ildə qlobal sığortalı təbii fəlakət itkilərinin 107 milyard dollar səviyyəsində qeydə alınacağı gözlənilir.
Siqortaci.az xəbər verir ki, bununla da 2025-ci il sığortalı təbii fəlakət itkilərinin ardıcıl olaraq altıncı dəfə 100 milyard dolları ötdüyü il olacaq. Məlumata görə, bu məbləğin 83%-i ABŞ-də baş verən fəlakətlərin payına düşür.
İnstitutun dərc etdiyi ilkin qiymətləndirməyə görə, 2025-ci ildə təbii fəlakətlərdən yaranan 107 milyardlıq sığortalı itki 2024-cü ildə qeydə alınmış 141 milyard dollardan 24% az olsa da, itkilərin ardıcıl olaraq altıncı dəfə 100 milyard dollar həddini keçməsi diqqət çəkən məqam kimi qiymətləndirilir.