Aon-un açıqladığı "2025 Climate and Catastrophe Insight" hesabatına görə, 2025-ci ildə təbii fəlakətlər səbəbilə yaranmış qlobal iqtisadi itkilər 260 milyard dollar təşkil edib.
Siqortaci.az xəbər verir ki, bunun da 49%-i, yəni 127 milyard dollarlıq hissəsi sığortalanmış zərər olub. Bununla da sığorta əhatə boşluğu (protection gap) 51% ilə tarixdə ilk dəfə ən aşağı həddə enib.
Ən böyük maliyyətli hadisələr ABŞ-də baş verən meşə yanğınları və şiddətli konvektiv fırtınalar göstərilir və 2025-ci il ərzində baş vermiş bütün bu təbii fəlakətlər nəticəsində dünya üzrə 42 min nəfərin həyatını itirdiyi bildirilir.
Qeyd edim ki, hesabat dövrü ərzində 1 milyard dollardan artıq iqtisadi zərərə səbəb olan 49 müxtəlif təbii fəlakət qeydə alınıb.