2025-ci ilin ilk yarısı üzrə qlobal sığortalı zərərin həcmi açıqlandı

19 avqust 2025 19:17

"Swiss Re" İnstitutunun ilkin məlumatlarına görə, 2025-ci ilin ilk yarısında təbii fəlakətlərdən qaynaqlanan qlobal sığortalı zərər 80 milyard dollara çatıb.

Siqortaci.az xəbər verir ki, bu, son 10 ilin orta göstəricisindən təxminən 2 dəfə çoxdur.

Bildirilir ki, bu tendensiya növbəti aylarda da davam edərsə, 2025-ci ildə təbii fəlakətlərdən qaynaqlanan qlobal sığortalı zərər həcmi "Swiss Re" İnstitutunun 150 milyard dollarlıq proqnozunu üstələyə bilər.