2025-ci ilin I rübü üzrə sığortalanmış qlobal zərər açıqlandı

22 aprel 2025 23:27
"Aon" 2025-ci ilin I rübü üzrə təbii fəlakətlərin yaratdığı itkilərə dair "Global Catastrophe Recap - Q1" hesabatını açıqlayıb.
 
Siqortaci.az xəbər verir ki, hesabat dövründə, Myanma və Çindəki zəlzələlər, ABŞ-dəki Kaliforniya meşə yanğınları, o cümlədən, digər konvektiv fırtınalar nəticəsində ümumilikdə 83 milyard dollar həcmində qlobal iqtisadi itki qeydə alınıb. Bu, 21-ci əsrin birinci rübü üzrə müəyyənləşən 61 milyard dollarlıq orta göstəricidən xeyli yüksəkdir. Qeyd edim ki, 2024-cü ilin analoji dövründə bu rəqəm 54 milyard dollar olub. Onu da əlavə edim ki, 83 milyard dollarlıq bu ümumi iqtisadi itkilərdə ABŞ-nin payı 71 milyard dollar olub.
 
2025-ci ilin birinci rübündə sığortalanmış zərərlərin isə 53 milyard dolları keçəcəyi gözlənilir. Bu rəqəm 21-ci əsrin birinci rübünün orta göstəricisindən (17 milyard dollar) xeyli yüksəkdir. Kaliforniya meşə yanğınları ümumi sığortalanmış itkilərin 71 faizini, təxminən 38 milyard dollar təşkil edib. Hesabatda qeyd edilir ki, Myanmada dəymiş zərərin qiymətləndirilməsi davam etdiyi üçün bu təxminlər ilkin nəticədir.