KÖŞƏ

Səidə Fətullazadə
"Günay Sığorta" ASC İdarə heyətinin üzvü

Bu sığorta növü üzrə 25 min manata qədər təminat verilir

27 noyabr 2020 11:04

Daşınmaz əmlakın icbari sığortası mülkün yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir və yanğın, qaz partlayışı, qısaqapanma, subasma, təbii fəlakətlər və digər hadisələrə təminat verir.

Bu sığorta növü qanunvericiliklə hər bir daşınmaz əmlak sahibi üçün məcburidir və bu növü üzrə olan müqavilələrin yenilənməsi mütləqdir. Çünki "İnzibati Xətalar Məcəlləsi"nin 469.1.-ci maddəsinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslərə 30 manat məbləğində, vəzifəli şəxslərə 80 manat məbləğində, hüquqi şəxslər üçün isə 200 manat məbləğində cərimə müəyyən olunub.

Məlumat üçün bildirmək istəyirəm ki, Daşınmaz əmlakın icbari sığortası məhsulu üzrə təminata yanğın, ildırım düşməsi, elektrik naqillərində baş verən qısa qapanma, nəqliyyat vasitəsinin dəyməsi, su, istilik, kanalizasiya kəmərinin və ya yanğın söndürmə sisteminin qəzası, subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, buxar qazanlarının, maşınların və digər oxşar qurğuların partlayışı, təbii fəlakətlər, üçüncü şəxslərin hərəkətlərinin nəticəsində əmlakın zədələnməsi riskləri daxildir.

Daşınmaz əmlakını icbari qaydada sığorta etdirən vətəndaşlar Bakı şəhərində illik 50 manat ödəməklə 25 min manat; Sumqayıt, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 40 manat ödəməklə 20 min manat, digər bölgələrdə isə 30 manat ödəməklə 15 min manat sığorta təminatı əldə edirlər.

Müəllifin digər yazıları

Müəllifin başqa yazısı yoxdur