01 dekabr 2020 12:29
"Azərbaycanın sığorta bazarı volatil yox, artan xətt üzrə inkişaf edir"
Azərbaycanda sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə maliyyə sahəsi qarşısında çeviklik, rəqabətqabiliyyətlilik və innovativlik kimi yeni vəzifələr müəyyən edilib.