“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” dövlət qeydiyyatına alındı

01 sentyabr 2020 16:17

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-ni dövlət qeydiyyatına alıb.

“Siqortaci.az” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175, nizamnamə kapitalı əvvəlcədən deyildiyi kimi 2 187 500 manat, qanuni təmsilçisi isə Azər Əvəz oğlu Kərimovdur. O, bundan əvvəl “PAŞA Sığorta” ASC-nin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəisi, “Azərkosmos” ASC-də məxfi işlər üzrə mütəxəssis, “Kaas Telekom” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin səhmdarları 7 sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir. Onların hər birini yeni kommersiya qurumunun nizamnamə kapitalına 315,5 min manat qoyub.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatı kimi fəaliyyət göstərəcək.