Ukrayna Ali Radası "Ukrayna Vergi Məcəlləsində və Ukraynanın bəzi digər qanunlarında dövlət dəstəyi ilə kənd təsərrüfatı məhsullarının sığortasının hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər edilməsi barədə" qanun layihəsini ilk oxunuşda qəbul etdi.
“Siqortaci.az” Ukrayna mediasına istinadən xəbər verir ki, sənəddə kənd təsərrüfatı məhsullarının sığortalanması üçün kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin göstərilməsi mexanizminin müəyyənləşdirilməsi təklif olunur. Qanun layihəsi, Ukraynanın Vergi Məcəlləsinə kənd təsərrüfatı məhsullarının sığortalanmasına dəstək olmaq üçün bu vəsaitlərin kənd təsərrüfatı sığortası müqavilələri üzrə gəlir vergisinin 0,5 faiz bəndi artırılması baxımından dəyişdirilməsini təklif edir.
Qanun layihəsi, eyni zamanda "Dövlət dəstəyi ilə kənd təsərrüfatı məhsullarının sığortasının xüsusiyyətləri haqqında" Qanununa aşağıdakı dəyişiklikləri təklif edir:
Kənd təsərrüfatı istehsalçılarına sığorta ödənişlərinin (mükafatların) qismən kompensasiya məbləği oxşar dövlət dəstək proqramlarının əvvəlki dövrlərinin təcrübəsinə əsasən 60%-ə qədər səviyyədə müəyyən edilir.
Xatırladaq ki, Ukrayna Nazirlər Kabineti kənd təsərrüfatı məhsullarının sığortasını 2021-ci il üçün dövlət dəstəyi siyahısına əlavə edib.