Aqrar sığorta ekspertləri hazırlanacaq

04 sentyabr 2020 18:54

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu institusional fəaliyyətinin təmin olunması üçün xarici və yerli ekspertlərin cəlb olunması, müstəqil ekspertlərin hazırlanması üçün təlimlərin keçirilməsi və təlim materiallarının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Siqortaci.az" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Sankorp" MMC-dir.

Qalib şirkətə 349 min manat ödəniləcək.