Bank böhranı davam edəcək - JP Morgan

06 aprel 2023 17:19

"Silicon Valley Bank" və "Signature" Bankın uğursuzluqları nəticəsində yaranan bank böhranı hələ bitməyib və onun təsirləri uzun müddət hiss olunacaq. Bu barədə "JPMorgan Chase & Co" şirkətinin baş direktoru Jamie Dimon səhmdarlara illik müraciətində yazıb.

"Siqortaci.az" sözü gedən müraciəti təqdim edir: “İndiki böhran hələ bitməyib, onun təsirləri hələ illər sonra hiss olunacaq. Amma vacib olan odur ki, son hadisələr 2008-ci il qlobal maliyyə böhranı zamanı baş verənlərə bənzəmir, yəni o böran regional banklara təsir etməmişdi.

Eyni zamanda, o, bir sıra analitiklərin regional bankların problemlərinin böyük maliyyə qrupları üçün faydalı olması ilə bağlı iddialarını təkzib edib. JP Morgan top meneceri “Amerikalıların öz banklarına olan inamını sarsıdan hər hansı böhran ümumilikdə bütün banklara ziyan vurur”.