Azər Türk Bank mükafatlara layiq görüldü

23 fevral 2021 12:11

Azərbaycan Banklar Assosiasiyası (ABA) bu günlərdə onlayn formatda “Bankçılıq Mükafatları- 2019-2020” adlı tədbir keçirmişdir.

"Azər Türk Bank"-dan "Siqortaci.az"-a verilən məlumata görə, ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədi ilə keçirilən bu tədbirdə kommersiya banklarının nümayəndələri, Assosiasiya nəzdində fəaliyyət göstərən Ekspert qruplarının üzvləri iştirak ediblər.

Dövlət bankı Azər Türk Bank 2019-cu il üçün “Ən fəal təhsil dəstəkçisi”, 2020-ci il üçün “Elektron Bankçılıq”, eləcə də  “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyaları üzrə Assosiasiyanın mükafatına layiq görülmüşdür.

Azər Türk Bank göstərilən diqqətə görə ABA-ya minnətdarlığını bildirir.

Bankın məhsul və xidmətləri barədə məlumatı  www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.