Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yaranan risklər səbəbilə Yaponiyanın əsas gəmi sığortası şirkətləri olan Tokio Marine, Sompo Japan və Mitsui Sumitomo müharibə riski təminatının verilməsini dayandırmışdı.
"Siqortaci.az" xəbər verir ki, dünya mediasının yaydığı məlumata görə, Yaponiyanın sığorta şirkətləri bu təminatın bərpası üçün təkrarsığorta şirkətləri ilə danışıqlara başlayıblar.