Ukraynada "Yaşıl Kart" sığorta bazarı 2020-ci ilin yanvar-noyabr aylarında 29% kiçilib, müqavilə sayı 45% azalıb.
“Siqortaci.az” Ukrayna mediasına istinadən xəbər verir ki, beynəlxalq “Yaşıl kart” müqavilələri üzrə 2020-ci ilin 11 yanvar-noyabr aylarına olan nəticələr açıqlanıb.
2020-ci ilin 11 ayının hesabatına görə, Ukraynada beynəlxalq “Yaşıl kart” sığortası üzrə haqları 29% azalaraq 54.4 milyon dollardan 38.8 milyon dollar enib. Analoji azalma müqavilə sayında da qeydə alınıb. Belə ki, müqavilə sayı 45% azalmaqla 1 milyondan 554 minə enib.
2020-ci ilin yanvar-noyabr aylarında həyata keçirilmiş sığorta ödənişləri isə 4,4% artaraq 5296-dan 5529-a yüksəlib. Valyuta məbləği ilə ifadə etsək ödənişlər 54 milyon dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.