Təbii Fəlakət Sığortası Təşkilatı (DASK) Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar olaraq 27 fevral 2023-cü il tarixinədək edilən müraciətlərin sayını və ödənilən təzminat məbləğini açıqlayıb.
"Siqortaci.az" xəbər verir ki, rəqəmlərə görə, təşkilata qeyd olunan tarixədək zərərlə bağlı 290 min 558 müraciət daxil olub, 1 milyard 120 milyon lirə (101 milyon AZN) məbləğində təzminat ödənilib.