Türkiyənin Sığorta və Fərdi Pensiyaların Tənzimlənməsi və Nəzarəti Agentliyi (SEDDK) yeni fəaliyyət strategiyasını açıqlayıb.
"Siqortaci.az" xəbər verir ki, 2023-2025-ci illəri əhatə edən “Ortamüddətli Proqram”da xüsusilə avto-icbari sığortadakı “xroniki” problemlərin həlli istiqamətləri, yeni Yol Xəritəsi, iqlim dəyişikliyindən təsirlənən aqrar sığortanın yeni inkişaf imkanları və özəl pensiya fondunun böyüdülməsi ilə bağlı bir sıra məsələlər yer alıb.